Özünün qeyri-adi tüninq layihələri ilə tanınan Lumma Design atelyesi Mercedes-Benz G-Class modeli üçün nəzərdə tutulmuş CLR G770 dəstinin yenilənmiş versiyasını təqdim edib.
Atelye mütəxəssisləri heyranedici genişgövdəli kuzov dəstinə bir neçə yeni komponenti əlavə ediblər. Bu komponentlərin arasında damda quraşdırılan yeni arxa spoyler, ehtiyat təkərinin qapağı və yeni dizayna malik olan təkmilləşdirilmiş kapot da vardır. Bütün detallar karbondan hazırlanıb və parlaq lakla örtülüblər.
Bundan başqa, G-Class modeli alın şüşəsinin üst hissəsində quraşdırılımış və dörd LED işığa malik olan zolaqla və karbondan qapı dəstəkləri ilə təchiz edilib. Tüninqdən keçmiş ofrouderin standart təchizatına 325/35 ölçülü şinlərlə təchiz edilmiş 22 düymlük təkər diskləri daxildir. Lakin, Lumma Design 305/35 şinləri olan 23-düymlük döymə təkər disklərini də təklif edir.
Tüniniq dəstinin tərkibinə qara və ya xrom tərtibatlı altı çıxış borusu olan buraxılış sistemi də daxil edilib. Salonda isə rezin işləmələri olan karbondan hazırlanmış pedalları görmək olar. Bununla belə, Lumma Design təkmilləşdirmələrin qiymətini açıqlamayıb.