Lynk & Co brendinin ilk modeli altı il bundan əvvəl debüt edib və artıq 2020-ci ildə restylinqdən keçib: əvvəlcə yenilənmiş krossover Avropa bazarına çıxıb, sonra Çində debüt edib. Amma nəsil dəyişikliyi hələ planlaşdırılmayıb. Onun əvəzinə Lynk & Co 01 ikinci dəfə yenilənmib və bu dəfə güc texniki hissəyə yönəldilib.

Lynk & Co 01 EM-F adlanan krossover Çin brendinin yeni Lynk E-Motive ailəsindən olan hibrid güc aqreqatını alan ilk modelidir. Əslində bu aqreqat keçən ilin sonunda Geely Xingyue L Hi-X krossoverində debüt edən Leishen Power sisteminin başqa adlı versiyasıdır.

Leishen ailəsi hibrid güc qurğuları üçün ən geniş variantları nəzərdə tutur, lakin hələlik Geely və Lynk & Co krossoverləri eyni mühərrik çeşidinə malikdir.

Kapotun altında üçsilindrli 1,5-litrlik DHE15 benzin mühərriki quraşdırılıb, o, birbaşa püskürtmə və ötürməli kompressor ilə təchiz edilir. Mühərrik Miller qənaət dövrü ilə işləyə bilir və 43,32 faizlik yüksək istilik səmərəliliyinə malikdir.

Mühərrik 150 at qüvvəsi və 225 Nm fırlanma anı hasil edir. Bundan başqa, EM-F sisteminin tərkibinə mühərrik-generator və 136 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən dartma elektrik mühərriki daxildir.

Hibrid sistem ardıcıl və paralel iş rejimlərdə çalışa bilir. Ardıcıl rejimdə avtomobil elektrik dartması ilə hərəkət edir, daxili yanma mühərriki isə yalnız generator rejimində işləyərək dartma batareyasını doldurur.

Sürət artması elektrik mühərrikinin səmərəliliyi aşağı düşür və sistem paralel rejimə keçir: daxili yanma mühərriki mufta və üç pilləli DHT Pro transmissiyasından köməkliyi ilə aparıcı təkərlərə qoşulur.

Hibrid sistemin ən yüksək hasilatı 245 at qüvvəsinə və 545 Nm-ə bərabərdir, ötürmə isə yalnız ön oxadır. Dartma batareyası haqqında hələlik məlumat yoxdur, lakin tam dolu batareya və benzin çəni ilə Lynk & Co 01 EM-F modelinin 1200 km məsafə qət edəcəyi bildirilir.

Ortalama yanacaq sərfiyyatı  100 kilometrə 4,9 litrlir. Krossover 100 km/saata sürətlənməyə 7,8 saniyə sərf edir. Batareyanı məişət elektrik şəbəkəsindən doldurmaq mümkün deyil, lakin belə imkana EM-P indeksi olan növbəti versiyalar malik olacaqlar.

Eyni zamanda, yeni hibridin eksteryer dizaynı da bir qədər dəyişdirilib. Ön tərəfdə yalnız radiator barmaqlığının naxışı dəyişib, lakin arxa tərəfdə iki qırıq xətti olan yeni fənərlər və işıq saçan mərkəzi emblem peyda olub.

Buraxılış sisteminin əvvəllər xüsusi olaraq göstərilən çıxış boruları indi yenilənmiş bamperin altında gizlədilib. Bundan başqa 19-düymlük təkər diskləri və kuzov rənglərinin genişləndirilmiş palitrası da peyda olub.

İnteryerdəki dəyişikliklər yalnız tərtibat materiallarının yeni birləşmələrindən və sükan çarxındakı digər düymələrdən ibarətdir. Bununla yanaşı, modernləşdirmə ilə birlikdə krossover təkmilləşdirilmiş elektron köməkçilər dəstini alıb - indi onların sayı 27-yə çatır.

Lynk & Co 01 EM-F krossoveri artıq Çin bazarında satışa çıxarılıb və 28 - 31 min dollar arasında dəyişən (üç qeydə alınmış komplektasiya var) qiymətlərlə satılır. Lynk & Co şirkəti tədricən Lynk E-Motive güc qurğusunu digər modellərə quraşdıracaqdır. Bu ilin sonuna qədər dörd hibrid eyni anda debüt edəcək, 2025-ci ilin sonuna qədər bütün modellər hibrid ötürməsinə keçəcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.