Lynk&Co brendi “bərkgedən” 03++ sedanını təqdim edib. O, versiyadan asılı olaraq, kombinə edilmiş üfürməsi olan mühərriki, tənzimlənən antiqanadı və unikal avadanlığı alıb. Məsələn, 03++ Racing versiyasında Bilstein amortizatorları, 03++ TCR modifikasiyasında isə idman kresloları və yüksək sürtünməsi yarış differensialı var.

Lynk&Co 03 sedanı 2018-ci ildən istehsal olunur. 2019-cu ildə onun 2,0-litrlik “turbodördlük” (265 at qüvvəsi, 380 Nm), səkkiz pilləli avtomatik transmissiya, tam ötürmə sistemi ilə təchiz edilmiş və 100 km/saata 5,7 saniyəyə sürətlənən “bərkgedən” 03+ versiyasını peyda olub. 

Yəqin ki, bu Lynk&Co üçün kifayət olmayıb, ona görə də indi çeşidə 03++ modifikasiyası əlavə edilib. İkinci “plyus” avtomobilin genişləndirilmiş kuzova, tənzimlənən antiqanada, karbonplastikdən kuzov dəstinin elementlərinə və digər şeylərə malik olmasından xəbər verir. Bütün bu elementlər onu Cyan Racing komandasının 03 yarış avtomobilinə bənzər edir.

Mühərrik də həmçinin qeyri-standartdır – kombinə edilmiş üfürməyə malik olan Drive-E 2.0TD T6 Evo mühərriki 350 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Buradakı ötürmələr qutusu 03+ ilə eynidir, lakin modifikasiya edilib. Ötürmə növü versiyadan asılıdır: 03++ Racing tam ötürməli, 03++ TCR isə, ön ötürməlidir. Birinci halda 100 km/saata sürətlənmə 4,95 saniyə çəkir, ikinci halda isə, çəkinin 150 kiloqram azaldılmasını nəzərə alsaq, çox güman ki, sürətlənmə müddəti bənzər olacaq.

Lynk&Co 03++ Racing sedanı 10 mövqedə tənzimlənən Bilstein amortizatorları və Michelin Pilot Sport 4S şinləri ilə təchiz olunub. Ən yüksək səviyyəli TCR versiyası, öz növbəsində, Sparco “çalovları”, ön hissədə əlavə gücləndiricilər, həmçinin elektron idarə olunan yüksək sürtünməli yarış differensialı və Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilir. Çində Racing versiyasının qiyməti 285,800 yuandan (66 475 manat) başlayır. TCR  top versiyası nəzərəçarpacaq dərəcədə bahadır – qiymətlər 420.300 yuandan (97 640 manat) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.