Volvo və Geely tərəfindən yaradılan gənc Lynk & Co markası, “bərkgedən” avtomobillər çeşidini genişləndirməyə davam edir. Markanın model çeşidində artıq “bərkgedən” Lynk & Co 03+ sedanı və Lynk & Co 02 Hatchback hetçbeki var. İndi isə, Çendu Avtomobil Sərgisində kupeya bənzər Lynk & Co 05 krossoverinin “plyus” indeksli top versiyası da nümayiş etdirilib.

Texniki cəhətdən krossover digər iki güclü modellə unifikasiya edilib. Bununla birlikdə, Drive-E ailəsindən olan 2,0-litrlik turbomühərrikin hasilatı 254 at qüvvəsi və 350 Nm-dən 265 at qüvvəsi və 380 Nm-ə qədər artırılıb. Transmissiya - səkkiz pilləli Aisin “avtomatı” və arxa oxda çoxdiskli BorgWarner muftası olan tam ötrümə sistemidir. Belə 05 + modeli 100 km/saat həddinə 6,5 saniyəyə sürətlənir. Maksimal sürət - 230 km/saatdır.

Baza modeli ilə müqayisədə, güclü versiya fərqli yaylara və amortizatorlara sahib olub. Ön oxda yapon Akebono şirkətinin dördporşenli mexanizmləri və 360 millimetrlik əyləc diskləri var. Standart olaraq, krossover 255/40 ZR20 ölçülü Michelin Pilot Sport 4S şinləri ilə təchiz edilir. “Bərkgedən” modelə 100 km/saatdan tam dayanmağa 34 metrin kifayət etdiyi bildirilir. Buraxılış sistemi idarəedilən çəpərciyə malikdir. Bu çəpərcik ən aqressiv idarəetmə rejimlərində (Sport və Performance rejimləri daxil olmaqla ümumilikdə altı rejim var) açılır.

Lynk & Co 05+ krossoveri tərkibinə arxa antiqanad, ön splitter, arxa bamperdəki diffuzor və digər “karbondan” elementləri daxil olan idman kuzov dəstinə malikdir. Üstəlik, bütün bu elementlər maksimal sürətdə 40 kiloqrama bərabər olan əlavə yerəbasma gücü hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonda güclü yan dəstəyi və zamşa örtüyü olan oturcaqlar, habelə zəngin seçilən dekoru var. Yeri gəlmişkən, dekor baxımından bəzi məzəli elementlər də var: aerodinamik elementlərin üzərinə "Downforce" yazıları, mühərrik qapağında isə "Performance" yazısı həkk edilib. Lynk & Co 05+ krossoverləri ilin sonuna qədər Çin bazarında satışa çıxarılacaqlar. “Bərkgedən” krossoverin qiyməti 40-43 min dollar aralığında olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.