Çinin Lynk&Co markası təklif etdiyi model xəttinin ekstravaqant kupe-krossover ilə genişləndirmək niyyətindədir. Şirkətin dördüncü modeli 05 indeksinə sahib olacaqdır ki, bunun səbəbini çinlilərin 4 rəqəminə qarşı olan batil inancları ilə izah etmək olar.
Marka dizaynerləri Lynk&Co 05modelində yeni stilistik həll yollarından istifadə ediblər ki, bunlara misal kimi radiator barmaqlığının və arxa fənərlərin başqa konfiqurasiyasını, həmçinin arxa dayaqlardakı orijinal örtmələri göstərmək olar.
İstehsalçı yeni modelin bir neçə tizerini dərc etməklə kifayətlənib. Çinlilər modelin texniki detallarını sırr olaraq saxlayırlar. İlkin məlumata görə, Lynk&Co 05 modelinin qabarit uzunluğu 4592 mm olmalıdır. Modelin mühərrik çeşidində yenilik gözlənilmir – kross-kupe isveç və çin brendlərinin modellərinin təchiz edildiyi 180 at qüvvəli 1,5-litrlik Volvo turbomühərriki ilə təchiz ediləcəkdir. Sonradan mühərrik çeşidi genişləndirilə bilər. Çox güman ki, kross-kupe Volvo XC40 və Lynk&Co01 modellərinin əsasını təşkil edən CMA platformasında inşa ediləcəkdir.
Lynk&Co 05 modelinin nə zaman satışa çıxarılacağı da məlum deyil. Böyük ehtimalla, yeni krossoverin satışlarına 2020-ci ilin birinci yarısında start veriləcəkdir.