Pol Rikar trekinin rekordunu iki saniyə yaxşılaşdırmış Lyuis Həmilton Fransa Qran Prisinin təsnifat mərhələsinin qalibi olub. Britaniyalı pilotu komanda yoldaşı Valtteri Bottas və Ferrari komandasının monakolu pilotu Şarl Lekler təqib eib. Sebastyan Fettel isə, təsnifat mərhələsindəki uğursuz çıxışı ilə yadda qalıb.
İnanmıram ki, sıralama başlamazdan öncə kimsə Mercedes pilotlarının Pol Rikarda üstün olmayacaqlarından şübhə etmiş olsun - yeganə təəccüb doğuran Toto Volfun qayğılı görkəmi idi. Lyuis Həmiltin 1.28,319 zamana imza ataraq ikinci dəfə ardıcıl Pol Rikarda poulu əldə edib. Həmilton son cəhdində vaxtını yaxşılaşdırsa da, Valtteri Bottas bunu edə bilməyib. Lekler isə, Fetteldən fərqli olaraq zamanını yaxşılaşdırmağa müvəffəq olub.
Mercedes pilotlarının yaxın təqibçisi isə Ferrari pilotu Şarl Lekler olub. Ferrari komandasının əsas pilot hesab etdiyi Sebastyan Fettel isə sırlamada uğursuz çıxış edib və yalnız yeddinci nəticəni göstərib.Maks Ferstappen və McLaren komandasının pilotları Fetteldən öndə sıralanıblar. İlk onluğa Daniel Rikkardo, Pyer Qasli və Antonio Covinazzi tamamlayıblar.
Həmiltonun polu Mercedes komandasının əldə etdiyi 107-ci poul olub və bu göstəriciyə görə alman komandası Lotus komandasına çatıb.