Bu ilki mövsümün son yarışında çempion titulu uğrunda mübarizədə Maks Ferstappenə uduzan yeddiqat dünya çempionu Lyuis Həmilton sahib olduğu unikal Pagani Zonda 760LH superkarını satıb. Həmiltonun qarajında olan superkar, 760 seriyasından olan ikinci və modernizasiya edilməyərək sıfırdan yaradılmış avtomobilllərdən biri olub.
Bir neçə il bundan əvvəl yeddiqat dünya çempionu Pagani Zonda modelinin “çox pis idarə edildiyini”, lakin kolleksiyasında olan avtomobillər arasında “ən yaxşı səsə” malik olduğunu bildirmişdi. Həmiltonun 2014-cü ildə Zonda modeli üçün 1,5 milyon dollar ödədiyi də məlumdur.
Zonda superkarı Pagani şirkətinin ilk modelidir. İtalyan istehsalçısı avtomobili 20 il (1999-2019-ci illər arasında) ərzində daim təkmilləşdirərək istehsal edib. Bu illər ərzində superkarın mühərrikinin gücü 450 at qüvvəsindən 800 at qüvvəsinə qədər artıb, 100 km/saata sürətlənmə zamanı isə 4,2 saniyədən 3,4 saniyəyə azalıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.