Bu gün Hunqarorinqdə keçirilmiş təsnifat mərhələsində Ferrari komandasının pilotları Sebastyan Fettel və Kimi Rəykkonen italyan komandasına ilk cərgəni təmin ediblər.

Onların ardınca ikinci cərgədən Mercedes komandasının pilotları start alacaqdırlar. Bu dəfə Valtteri Bottas komanda yoldaşı Lyuis Həmiltonu üstələməyə müvəffəq olub. Təsnifat mərhələsinin ilk seqmentində bütün diqqətlər Williams komandasında Felipe Massanı əvəzləmiş Pol di Restanın üzərində cəmlənmişdir.

Şotlandiyalı pilotun son dəfə Formula 1 çempionatında 2013-cü ilin mövsümündə çıxış etmişdir. Pol Williams komandasının ehtiyat pilotu olsa da, ona bu günə qədər yeni bolidin sükanı arxasında əyləşmək nəsib olmamışdır. Buna görə də, hər kəsi maraqlandıran di Restanın göstərdiyi nəticə idi.

Bir çoxlarının gözlədiyinin əksinə di Resta qarşısına qoyulan tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəldi.

Komanda yoldaşına bir saniyədən az uduzan şotland pilot sonunda Erikssonu üstələyərək 19-cu oldu. İlk seqmentdə sıralamalardan ələnən digər pilotlar Kevin Maqnussen, Lens Stroll və Paskal Verlyayn oldu. İlk seqmentin sonunda Kvyat səhvə yol verərək trekin kənarına çıxdı.

Rus pilot avtomobilini divara çırpmaqdan qurtarsa da, trekə qayıdan zaman Serxio Peresə mane oldu. Bu səbəbdən də, sabah Kvyat üç yer itirərək 16-cı yerdən start alacaqdır.

Təsnifatın ikinci seqmentində Colion Palmer, Esteban Okon, Serxio Peres və Romen Qrojan ələnmiş oldular. Force India komandasının azarkeşləri üçün bir qədər gözlənilməz olsa da, bu dəfə «çəhrayılar» üçüncü seqmentə adlaya bilmədilər. Bunun əksinə olaraq McLaren Honda komandasının hər iki pilotu final seqmentə adlamış oldular.

Artıq ilk iki seqmentdə Mercedes pilotlarının poul uğrunda mübarizə şanslarının az olması nəzərə çarpırdı. Finalda gözlənilən kimi oldu: Fettel və Rəykkonen rəqiblərinə şans vermədilər.  Üçüncü cərgədən başlayaraq sabah pilotlar belə ardıcıllıqla start alacaqdırlar: Ferstappen, Rikkardo, Hülkenberq, Alonso, Vandorn və Karlos Sayns.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt