19 iyun tarixində İtaliya Ticarət Agentliyi və JW Marriott Absheron Hotelinin Oro Nero restoranı ilə birgə təşkil olunmuş mətbuat konfransı və yemək şousuna ərsəyyə gəldi.
Tədbirdə İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko, İtaliya Ticarət Agentliyi Bakı ofisinin direktoru Andrea Makkaniko, tanınmış azərbaycanlı aşpaz Ehtiram Fərzəlibəyov və Oro Nero restoranının baş aşpazı Salvatore Bianka iştirak etdi.
Mətbuat konfransı zamanı İtaliyanın Qida sektörünün Azərbaycanda davam edən təbliğatını, onun əsas xüsusiyyətlərini, indiyədək əldə edilmiş nəticələri və JW Marriott Absheron Hotel-də 13 italyan şirkəti ilə keçirilən Seminar haqqında məlumat təqdim edildi.
Ehtiram Ferzelibəyov və Salvatore Bianka hər kəsə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olmağa namizəd olan çoxsaylı italyan ləzzətlərindən bəzilərini anlamaq və dadmaq imkanı vermək üçün italyan mətbəxi mövzusunda kulinariya şousu nümayiş etdirdi.
İtaliya öz mətbəxini YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil etmək üçün təklifini artıq təqdim edib.
İtalyanın namizədliyi, ölkədə yemək bişirmə təcrübəsinin gündəlik element olduğunu, özünün və başqalarının qayğısına qalmağın, həm də öz mənşəyini xatırlamağın və onları yeni nəsillərə ötürməklə onları yaşatmağın necə olduğunu vurğulayır.