Milan polisi müsadirə etdiyi Ferrari 458 Spider superkarını öz istifadəsinə götürmüşdür. 570 at qüvvəli spayder əvəllər italyan mafiozilərindən birinə məxsus olmuşdur. Bu barədə Milan şəhərinin rəsmi saytında məlumat verilmişdir.
Sportkar sentyabr ayında müsadirə edilmiş və polis avtomobillərinin hazırlanması ilə məşğul olan Carrozzeria Marazzi di Caronno Pertusella şirkətinə verilmişdir. Ferrari sportkarını polis avtomobilinə çevrilməsi kuzovuna xüsusi stikerlər yapışdırılması və sayrışan işıqlar quraşdırılması ilə müşayət olunmuşdur. Polis idarəsində avtomobilə cəmi 53,76 avro xərcləndiyi bildirilir ki, bu da onun qeydiyyata alınması üçün çəkilmiş xərcləridir. Avtomobildən yerli hüquq-mühafizə orqanlarının apardığı təbliğat və maarifləndirmə proqramlarında istifadə ediləcəkdir. Qeyd etmək lazımdır ki, bu polis orqanları tərəfindən müsadirə edilən və polis xidmətinə cəlb edilən ilk Ferrari avtomobili deyildir.
Əvvəllər bu yolla polis xidmətinin qarajına 29 avtomobil daxil olmuşdur.