Azərbaycanlıların hind filmlərindən tanıdığı Mahindra markası kupe sayağı krossover buraxmaq fikrinə düşüb. Bu günlərdə Hindisanın Mahindra&Mahindra şirkəti XUV Aero adlandırdığı avtomobilin ilk tizerini dərc etmişdir. Konseptual krossoverin rəsmi təqdimat mərasimi fevral ayında Nyu-Dehlidə baş tutacaq Auto Expo 2016 sərgisində keçilirəcəkdir. Konsept Hidsitandakı yerli dizayn studiyalarının birində işlənib-hazırlanmışdır.
Qeyri-rəsmi məlumatlara görə, yeni krossover XUV 500 modelinə aid olan öndən çəkişli platformada hazırlanmışdır. Güman edilir ki, Mahindra XUV Aero prototipi hind firmasının gələcək flaqman krossoverinin carçısı olacaq. Bununla belə, hindlilər avtomobilin nə zaman istehsal ediləcəyini bildirməmişdirlər. Hindlilər həmçinin, bu prototiplə birlikdə multimedia sistemi üçün hazırlanmış texnologiyaları da nümayiş etdirəcəklərini elan etmişlər.
Hind firmasının son yeniliyi, 2015-ci ilin sonunda nümayiş etdirdiyi KUV100 krossoeveri olmuşdur. Bu krossover altı yerli salonla (3+3) da təklif edilir. Onun mühərrik qammasına 82 at qüvvəli 1,2-litrlik benzin və 77 at qüvvəli dizel mühərriki daxildir.