Mahindra, artıq 20 ildir istehsal olunan Scorpio modelinin davamçısını - çərçivəli Scorpio-N ofrouderini buraxacağını bəyan edib. Avtomobil hind konserninin hazırladığı platforma üzərində inşa edilib, benzin və dizel mühərrikləri ilə təchiz olunacaqdır. Üç oturacaq cərgəsi, virtual cihazlar paneli, müasir texnologiyalar və təhlükəsizlik sistemləri vəd edilib.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, Mahindra Scorpio-N ofrouderi 20 il əvvəl istehsalına başlanmış Scorpio modelini əvəz edəcəkdir. Ofrouder yeni platformada inşa olunub, onun mühərrik çeşidinə isə mexaniki və ya avtomatik tranmissiyalarla tandemdə çalışan benzin və dizel aqreqatları daxildir.

Scorpio-N üçsıralı salona, virtual cihazlar panelinə və mediasistemin böyük şaquli planşetinə sahib olacaqdır. Düzdür, salonun şəkilləri yoxdur, ona görə də iyunun 27-nə planlaşdırılan təqdimatı gözləmək lazımdır.

Yeni ofrouderlər Hindistanın Çakan şəhərindəki Mahindra zavodunda istehsal ediləcəkdirlər. Modelin rəqibləri Tata Harrier və MG Hector Plus modelləridir. Maraqlıdır ki, Scorpio-N-nin buraxılması ilə köhnə Scorpio ofrouderinin istehsalı dayandırılmayacaqdır - onun adı dəyişdirilərək Scorpio Classic olacaqdır.

Scorpio-N modelinin anonsu ilə birlikdə, Mahindra şirkəti Volkswagen ilə müqavilə imzaladığını elan edib və bu müqaviləyə əsasən hindilər MEB modul platformasının komponentlərindən istifadə edə biləcəklər.

Onlar Mahindra markasının Born Electric Platform adlı öz arabacığının bir hissəsi olacaqlar. Bu platformaya əsaslanan seriya elektromobilləri yalnız 2025-ci ildə peyda olmalıdırlar. Yeni elektromobillərin müjdəçisi olan konseptlər 2022-ci ilin sonuna qədər nümayiş etdiriləcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.