Hindistanın Mahindra şirkəti Scorpio-N ofrouderinin yeni nəslini rəsmən təqdim edib. Çərçivəli ofrouder 20 ildən çox istehsal olunan Scorpio modelinin varisidir. Bu müddət ərzində avtomobil bir neçə restaylinqdən keçid, lakin indi mütəxəssislər əvvəlki versiya ilə heç bir əlaqəsi olmayan tamamilə yeni ofrouderi hazırlayıblar. Daxili bazardakı debütdən sonra, yeni ofrouder Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada satışa çıxarılacaqdır.
Yeni Scorpio-N ofrouderinin dizaynı şirkətin Amerika bölməsinin və İtaliyanın Pininfarina dizayn studiyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Ofrouderin uzunluğu 4662 millimetr (+ 206 millimetr), eni isə, 1917 millimetr, (+ 97 millimetr) hündürlüyü isə, 1857 millimetrdir (- 125 millimetr). Təkər bazasının ölçüsü 2680-dən 2750 millimetrə qədər artıb.
Artıq "bazada" avtomobil LED arxa fənərlərə malikdir. Ən maraqlısı isə, LED ön fənərlər də təklif edilir, lakin əlavə ödəniş qarşılığında. Standart olaraq, yeni model arxa ötürmə ilə təklif olunur, on oxu sərt şəkildə birləşdirən tam ötürmə sistemi isə, opsiyadır.
Scorpio-N modeli üç hərəkət rejiminə (Zip (qənaətcil), Zap (normal) və Zoom (idman)) malikdir, onlar yol səthindən asılı olaraq dəyişdirilə bilər. Modelin mühərrik çeşidinə 203 at qüvvəli (ğtürmə qutusundan asılı olaraq 370-380 Nm) 2,0-litrlik TGDi benzin turbomühərriki, 132 at qüvvəli (300 Nm) 2,2-litrlik turbodizel və 175 at qüvvəli (ötürmə qutusundan asılı olaraq 370 və 400 Nm) 2,2-litrlik mHawk turbodizel aqreqatı daxildir. Güc aqreqatlarını mexaniki və avtomatik transmissiya ilə təchiz etmək olar.
Ən maraqlısı odur ki, benzin mühərriki ilə təchiz edilmiş ofrouder həm mexaniki, həm də "avtomat" ilə təklif edilir. Ən zəif turbodizel isə yalnız mexaniki tranmissiya ilə təchiz olunur. Hər iki halda ofrouder arxa ötürməlidir. Ən güclü dizel isə, həm mexaniki və avtomatik transmissiyalar, həm də tam ötürmə sistemi ilə təklif edilir.
Nəsil dəyişikliyi ilə birlikdə ofrouder daha zəngin interyerə sahib olub. Modelin baza versiyası üç oturacaq cərgəsi (üst versiyalarda orta cərgədə ayrıca oturacaqlar quraşdırılıb) olan salona malikdir.
Bundan əlavə, avtomobilin standart avadanlığına kondisioner, səkkiz düymlük sensor ekran olan multimedia sistemi, həmçinin iki təhlükəsizlik yastığı daxildir. Əlavə ödəniş müqabilində,Mahindra Scorpio-N modelini iki zonalı klimat-kontrol, dəri salon, ön və arxa kameralar, elektriklə tənzimlənən sürücü oturacağı, lyuk və təkmilləşdirilmiş Sony səs sistemi ilə təchiz etmək olar.
İlkin olaraq, yeni Scorpio-N ofrouderi Hindistan və Cənubi Afrika bazarlarında satışa çıxacaqdır. Sifarişlərin qəbuluna bu ilin iyul ayının sonunda başlanmalıdır. Satışların başlanması oktyabr ayına planlaşdırılıb. Təchizat səviyyəsindən asılı olaraq, çərçivəli ofrouderin qiyməti 15.000 ilə 25.000 dollar arasında olacaqdır. Daha sonra Mahindra Scorpiop-N modeli Avstraliya və Yeni Zelandiyada satış debütü edəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.