Maks Ferstappen Braziliya Qran Prisinin sıralama sessiyasının qalibi olub. Red Bull Racing pilotu təsnifat mərhələsinin ən yaxşı vaxtını ilk cəhdində göstərib, üçüncü seqmentin sonunda isə vaxtını yaxşılaşdırıb. Rəqiblərindən heç kim holland pilotun ilk zamanına belə yaxınlaşa bilməyib.
Maks Ferstappen ilə birlikdə Sebastyan Fettel yarışı ilk cərgədən başlayacaqlar. Üçüncü və dördüncü nəticəni isə Lyuis Həmilton və Şarl Lekler qeydə alıblar. Lakin, Şarl Lekler mühərriki dəyisdiyinə görə 10 yer cəzasını alıb. Q3 seqmentinə Medium şinləri ilə keçən Lekler yarışa da həmin şinlərlə başlayacaqdır.
Liderlər qrupunu Valtteri Bottas və Aleksandr Əlbon liderlər qrupunu tamamlayan pilotlar olsa da, Leklerin cəzasından sonra dördüncü və beşinci yerdən start alacaqdırlar. Pyer Qasli bu günki yarışa Elbonla birlikdə üçüncü cərgədən başlayacaqdır. İlk onluğa Romen Qrojan, Kimi Rəykkonen və Kevin Maqnussen daxil olmağı bacarıblar.