Bu gün Malaziyanın Sepanq trekində keçirilmiş sıralama turlarında Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton poula sahib olub. Əsas rəqibinin sıralamalardan kənar qalması, Ferrari komandasının Həmliton etdiyi növbəti hədiyyə olub.

Britaniyalı pilota poulu qazanmağa mane ola biləcək yeganə pilot - Sebastyan Fettel,- sıralamada bir dövrə belə bura bilməyib. Sərbəst yürüşlərdə ən yeyin zamanlara imza atan alman pilot, üçüncü sərbəst yürüşlərin sonuna yaxın güc aqreqatı ilə bağlı problem yaşamışdı.

Görünür, sərbəst yürüşlərlə sıralama arasında tələm-tələsik dəyişidirilən mühərrik mövcud problemi həll etməmişdi.  Beləliklə, Sebastyan sabahkı yarışı son yerdən başlayacaqdır. Fettelə bərabər ilk seqmentdə ələnən pilotlar Qrojan, Maqnussen, Verlyayn və Eriksson olublar.

İkinci seqmentdə Kimi Rəykkonen, Maks Ferstappen, Lyuis Həmilton ilk dövrələrində sürətli zamanlara imza ataraq poula iddialı olduqlarını bildiriblər. Üç pilotu ümumilikdə 0,1 saniyə ayırıb.  Lakin, ikinci cəhdində Valtteri Bottas onları üstəyələrək 1 dəqiqə 31 saniyənin altında düşən yeganə pilot olub.

Bu üçüncü seqmentdə poul uğrunda gərgin mübarizənin gedəcəyindən xəbər verirdi.

Final seqmentinə adlamayan pilotlar Massa, Palmer, Stroll, Sayns və Pyer Qasli olublar.

Final seqmentdə Lyuis Həmilton dövrəni 1.30,076 zamanla başa vuraraq rəqiblərinə şans tanımadı. Britaniyalıya ən yaxın pilot olan Kimi Rəykkonen liderdən 0,2 saniyə geridə qalıb.

Kimi ikinci cəhdində Həmiltonun nəticəsini yaxşılaşdırmaq şansına malik olsa da, sonuncu dövrədəki səhvi onu pouldan edib.

Nəticədə fin pilot Həmiltondan 0,045 saniyə geridə qalıb. Üçüncü nəticəni isə Maks Ferstappen göstərıb.

Rikkardo sabahkı yarışda dördüncü, Bottas isə beşinci yerdən start alacaqdır. İkinci beşlik isə, Okon, Vandorn, Hülkenberq, Peres və Alonsodan ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt