Bu günlərdə Manchester United komandasının oyunçuları Lyuk Şou və Fil Cons ilə əlaqəli maraqlı xəbər yayılıb. Xəbər komandanın müdafiəçilərinin avtomobilləri ilə bağlıdır.
Bir ay bundan öncə, Sounsidəki 2-0 saylı qələbədən sonra, komandanın müdafiəçisi Lyuk Şou idarə etdiyi Range Rover ofroderi ilə komanda yoldaşı Fil Consun Bentley Continental Supersport kupesini əzib. Ehtimallara görə, hadisə komandanın Karrinqtondakı bazasında baş verib.
Sürücülük vəsiqəsini bir il bundan öncə alan Şounun avtomobilini döndərərkən Consun dəbdəbəli avtomobilinə toxundurub. Xoşbəxtlikdən hər iki avtomobil cüzi xəsarət alıblar. Əlbəttə, Şou hər iki avtomobili təmir etdirməyi öz üzərinə götürüb.
Əvvəllər Şounu dəfələrlə Overfinch atelyesinin tüninq etdiyi Range Rover avtomobilində görüblər. Çox güman ki, qəzada elə həmin avtomobil iştirak edib.
Hal-hazırda Lyuk Şou komandanın baş məşqçisi Joze Mourinionun planlarına daxil deyil və o müdafiəçini satmaq fikrindədir. The Times qəzetinin məlumatına görə, Mourinio 22 yaşlı oyunçunun satışından 20 milyon funt-sterlinq əldə etməyi düşünür. Eyni zamanda, Turkiyənin Fenerbahçe komandası gənc oyunçunu icarə götürmək istədiyini bildirib.