BMW M3 Touring universalı artıq Manhart Performance atelyesində olub, lakin bu səfər, necə deyərlər, bir sınaq cəhdi idi. MH3 650 paketi 3,0-litrlik sıralı altısilindrli mühərrikin hasilatını 650 at qüvvəsi və 800 Nm fırlanma anına qədər artırıb, MH3 800 paketi isə, S58 mühərrikindən 855 at qüvvəsi və 1090 Nm əldə etməyə imkan verir.

Hasilatı 510-530 at qüvvəsi və 650 Nm olan mühərrikin güc göstəricilərinin artırılmasına yeni idarəetmə proqramı, döymə porşenlər və sürgü qolları, karbonplastikdən buraxılış, Wagner Tuning interkuleri, habelə 200 hüceyrəli katalizatorlu və elektron idarələnən klapanı olan Remus buraxılış xətti sayəsində təmin edilib. 

Səkkiz pilləli avtomatik transmissiya Stage 2 təkmilləşdirmə dəstini əldə edib və artıq 1300 Nm-ə qədər fırlanma anını “üyüdə” bilir. Əyləclər dəyişməyib və standart karbon-keramika mexanizmləridir, asqı hündürlüyü tənzimlənən H&R koyloverlərini və kuzovun sərtliyini artıran karbonplastik dirəyi alıb.

Yeni kuzov hissələrinə kapot, radiator barmaqlığı, ön və arxa spoylerlər, yan ətəklər və daha iri bamper örtmələri daxildir. Raffa təkər disklərinin diametri öndə 20 düym, arxada isə, 21 düymdür.

Bu dəyişikliklərdən sonra sürətlənmə dinamikasının necə dəyişdiyi barədə məlumat verilməyib. Standart M3 Competition Touring universalı 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir, müvafiq olaraq, MH3 800 isə, bu işə 3,0 saniyə sərf edir.

Çox güman ki, bu rəqəm 100 km/saatı 2,91 saniyəyə toplayan 750 at qüvvəsi və 940 Nm fırlanma anına malik olan Pure Turbos tərəfindən hazırlanmış X3 M modelinə yaxın olacaq - bu, 800 at qüvvəli Audi RS6 Avant Johann Abt Signature Edition universalının səviyyəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Doğrudur, daha BMW universalı daha yenin də ola bilər, çünki Manhart Performance tələb əsasında  Stage 2 və Stage 3 təkmilləşdirmə paketlərini təklif edir.

Bildiyimiz kimi, S58 mühərrikinin gücünü 1500 at qüvvəsinə qədər artımaq olar, ZF avtomatı isə, 1800 Nm-ə qədər fırlanma anını emal etməyə qadirdir. Amma bunlar artıq adi yollara çıxışı qadağan edilən dreqsterin göstəriciləridir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.