Manhart atelyesində BMW şirkətinin model xəttində hiperkarın olmadığını hesab edirlər və yaranmış boşluğu doldurmaq qərarına gəliblər. Atelye mütəxəssisləri BMW M8 Competition modelinin 4,4-litrlik V8 biturbomühərrikinin gücünü 823 at qüvvəsinə, fırlanma anını isə 1050 Nm-ə qədər artırıblar.
Nəticədə, MH8 800 adlandırılmış kupe 100 km/saat həddini toplamağa 2,6 saniyə vaxt sərf edir. Bu, M8 Competition kupesinin göstərəcəsindən 0,6 saniyə, Porsche 911 Turbo modelində olduğundan isə 0,1 saniyə yeyindir. Manhart MH8 800 modeli 200 km/saat həddinə sürətlənməyə 5,7 saniyə sərf edir. Məlum məsələdir ki, kupenin maksimal sürəti 300 km/saatın üzərindədir.
Manhart mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş kupe 21-düymlük təkər disklərinə və sürücüyə klirensi 30 millimetr arasında dəyişməyə imkan verən tənzimlənən asqı susteminə sahib olub. Atelye mühəndisləri buraxılış sistemini təkmilləşdirərək, mühərriki yaxşı səslənməsi üçün hissəciklər filtrini çıxarıblar. Opsional olaraq, katalizatorları çıxarılmış və 100 millimetrlik karbondan ucluqlara malik olan buraxılış sistemi təklif olunur.
Ənənəvi olaraq, Manhart atelyesində tüninq keçmiş avtomobillər karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz edilir, qızılı haşiyələri və zolaqları olan qara rəngə boyanırlar. MH8 800 modeli də bu qaydalardan istisna deyil.