Manhart atelyesi Nissan Patrol Nismo modelini təkmilləşdirib. Tüner ofrouderi yeni 24-düymlük təkər diskləri, buraxılış sistemi və gücü artırılmış mühərriki ilə təchiz edib. 5,6-litrlik V8 mühərrikinin hasilatı 650 at qüvvəsi və 600 Nm fırlanma anı qədər artırılıb. Kompressorlu Patrol modelinin dinamik xarakteristikaları açıqlanmayıb.
Manhart atelyesi Yaxın Şərqdəki fəaliyyətini genişləndirib. Bu hadisənin şərəfinə atelye Nissan Patrol Nismo modelinin xüsusi variantını hazırlayıb. PT 650 adlandırılmış ofrouder qızılı rəngli əlavələrə və etiketlərə, 24-düymlük döymə təkər disklərini və 200 hüceyrəli idman katalizatoru olan buraxılış sistemini alıb. Lakin ən başlıca yenilik onun kapotun altında gizlidir.
Nissan Patrol Nismo modeli standart olaraq 428 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,6-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilir. Manhart atmosfer mühərrikini kompressorla təchiz edib. Nəticədə mühərrikin hasilatı 650 at qüvvəsi və 600 Nm-ə yüksəlib. Adi Patrol Nismo modeli 100 km/saat həddini 6,5 saniyəyə toplayır və maksimal 200 km/saata qədər sürətlənir.
Bu ilin aprel ayında ofrouder xırda yenilənmədən keçib. Amerikada satılan Armada və adi Patrol modelinin ardınca Nismo versiyası da 12,3-düymlük displeyi olan müasir multimedia sistemini əldə edib. Multimedia Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir, habelə mərkəzi konsoldakı şayba vasitəsi ilə idarə olunur. Başqa yeniliklər olmayıb. Modelin qiyməti də dəyişməyib - ofrouder 389 900 dirhəmdən başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.