Alman Manhart Performance tüninq atelyesi Lamborghini Urus krossoveri üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Tüner krossoveri daha aqressiv aerodinamik dəst və gücü artırılmış mühərrik ilə təchiz edib.
Lamborghini Urus modeli 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli mühərrik və səkkiz diapazonlu ZF avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tüner mühərrikin proqram təminatını yeniləyib, təkmilləşdirilmiş turbinalar, idman buraxılış sistem ilə təchiz ediblər. Bundan başqa, onlar ötürmələr qutusunu gücləndiriliblər.
Tünerlərin müdaxiləsindən sonra mühərrikin gücü 812 at qüvvəsinə, fırlanma anı isə 980 Nm qədər artıb. Əfsuslar olsun ki, Manhart təkmilləşdirilmiş krossoverin dinamik xarakteristikalarını açıqlamayıb. Adi Lamborghini Urus modeli 100 km/saat həddinə 3,6 saniyəyə, 200 km/saat həddinə isə, 12,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 305 km/saatdır.