2021-ci ilin yanvarında debüt etmiş 635 at qüvvəli BMW M5 CS sedanı alman markasının tarixindəki ən güclü seriya modeli olub. Bu modelin kapotunun altında alman markasının bir sıra başqa avtomobillərində istifadə edilən 4,4-litrlik V8 birturbo mühərriki yerləşir. Bununla belə, Manhart atelyesinin mütəxəssisləri bu mühərrikin daha çox şeylərə qadir olduğunu sübut ediblər. Doğrudur, bunun üçün kifayət qədər ciddi vəsait tələb olunur.
X5 M və X6 M modellərində də quraşdırılan S63B44 indeksli mühərrik yeni turbokompressoru və interkuleri, karbondan buraxılış traktını və paslanmayan poladdan hazırlanmış səsboğucu sistemi əldə edib. Bu elementlərin hesabına mühərrikin gücünü 823 at qüvvəsinə, fırlanma anını isə 1070 Nm-ə qədər artırmaq mümkün olub. Lakin davamı da var.
Mühərrikin təkmilləşdirilməsi ilə yanaşı, Manhart qara rəngli radiator barmaqlığını, kuzovun karbonplastikdən hazırlanmış aerodinamik dəstini, 21-düymlük Manhart Spider disklərini, habelə ibarəetməni yaxşılaşdıran tənizmlənən KW yaylarını quraşdırmağı təklif edir. Avtomobilin salonunda alkantara və karbon ilə tərtib edilmiş sükan çarxı peyda olub.
Manhart atelyesi təkcə BMW M8 Competition modelini güclü etməklə kifayətlənməyib, həm də onun adını da dəyişib – MH8 800. Özü də belə avtomobili hər kəs əldə edə bilməz. Təkmilləşdirmələrin qiyməti açıqlanmasa da, cəmi 10 ədəd MH8 800 modelinin buraxılacağı bildirilib. Şəkillərdəki tutqun-göy rəngli sportkar buraxılış seriyasında 5 nömrəsini alıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.