Alman Manhart atelyesi yeni Land Rover Defender modelinin gücünü 400-dən 512 at qüvvəsinə qədər artırıb. Belə bir artıma çip-tüninq sayəsində nail olunub: yeni proqram təminatı 3,0-litrlik sıralı altısilindrli Ingenium aqreqatının hasilatını 28% artırmağa imkan verib.

Təklif olunan digər təkmilləşdirmələr arasında buraxılış sisteminin dəyişdirilməsi, əyləclərin təkmilləşdirilməsi, yeni təkər disklərinin quraşdırılması, asqının yenidən tənzimlənməsi, interyerin yenidən üzlənməsi və yeni dekor mövcuddur.

Manhart atelyesi yeni layihənin əsası kimi, 400 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən benzin mühərriki ilə təchiz olunmuş Defender P400 AWD versiyasını götürüb. Yeni idarəetmə bloku sayəsində 3,0-litrlik Ingenium mühərrikinin hasilatı 512 at qüvvəsinə və 710 Nm fırlanma anına qədər yüksəldilib.

Müqayisə üçün, kompressorlu 5,0-litrlik V8 mühərrikinin zavod versiyası 525 at qüvvəsi və 625 Nm fırlanma anı hasil edir.

Yeni proqram təminatını alan ofrouder artıq Defender DP 500 adlanır, digər təkmilləşdirmələr isə, modelin ofroud qabiliyyətinin pisləşməsi bahasına asfaltdakı idarəolunmasını yaxşılaşdırıb. Manhart atelyesi standart təkərlərin 295/30 R24 ölçülü Vredestein şinləri ilə əvəz edilməsini, orijinal disklərin isə xüsusi hazırlanmış çoxqollu 24-düymlük döymə disklər ilə dəyişdirilməsini təklif edir.

Bundan başqa, kuzovun İkirəngli boyanmasıını sifariş etmək və ya eksteryeri firma yapışqanları ilə bəzəmək təklif olunur.

Mümkün olan digər təkmilləşdirmələr daha effektiv əyləclərdən, paslanmayan poladdan buraxılış sistemindən, pnevmoasqının hündürlüyünün 30 millimetr azaldılması ilə müşayət olunan yenidən proqramlaşdırılmasından və salonun fərdiləşdirilməsindən ibarətdir.

Land Rover ön oturacaqları Recaro oturacaqlarına dəyişdirə, salonu isə istənilən rəngli dəri və alkantara ilə üzləyə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Defender DP 500 layihəsi Manhart atelyesi üçün Land Rover avtomobilləri ilə aparılmış ilk təcrübə deyil. Məsələn, bir il əvvəl alman atelyesi Range Rover Velar SVAutobiography Dynamic modelinin mühərrikinin gücünü 600 at qüvvəsinə qədər artırmışdı. Ənənəvi olaraq, Manhart atelyesi göstərdiyi xidmətlərin qiymətini açıqlamır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.