Manhart atelyesi bir-birinin ardınca möhtəşəm layihələrə imza atmağa davam edir. Keçən il almanlar BMW XM modelinin bazasında inşa edilmiş 900 at qüvvəli MHXM 900, bu ilin yanvarında isə, M2 ilə eyni gücə malik olan M240i kupesini nümayiş etdiriblər.
Onları yalnız tarixin ən güclü seriya 911 sportkarı olan 991-ci nəsil Porsche 911 GT2 RS modelinə əsaslanan TR 950 geridə qoya bilər. Onun 3,8-litrlik iki turbokompressorlu altısilindrli mühərriki 700 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. 100 km/saat sürətlənmə cəmi 2,8 saniyə çəkir, maksimal sürət isə, 340 km/saata çatır.

Qeyd etmək lazımdır ki, 911 GT2 RS əvvəlki kimi Sports Cars sinfində Nürburqrinqin ən sürətli avtomobili titulunun sahibidir. İndi təsəvvür edin ki, Weissach və Clubsport paketləri ilə birlikdə kupe daha böyük TTH turbokompressorlarını, yeni kollektor və buraxılış ilə təchiz edilib - nəticədə TR 950 alınıb.
Buradakı mühərrik 966 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil etdirir ki, bu da PDK transmissiyasının iş alqoritminin gücləndirilməsini və dəyişdirilməsini tələb edib. Dinamik göstəricilər, təəssüf ki, açıqlanmayıb.
Vintli Manthey-KW dayaqları və müxtəlif ölçülü Continental SportContact 7 şinləri olan təkərlər avtomobili yolda saxlamağa kömək edəcək. Karbon-keramik əyləc mexanizmləri standartdırlar. Karbonplastikdən hazırlanmış ön spoyler, kanardlar, kandar örtmələri və arxa diffuzor idman avtomobilinin görünüşünə ifadəlilik əlavə edir.
Belə tüninqin neçəyə başa gələcəyi məlum deyil. Amma nəzərə almaq lazımdır ki, 911 GT2 RS orta hesabla 400 min dollara, Clubsport versiyaları isə, təxminən 440 min dollara başa gəlir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.