Manhart tüninq atelyesi 510 at qüvvəli Mercedes-AMG G63 S Estate (S205) universalı üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Hibrid tərkibli və ciddi müdaxilələr olmadan, atelye mütəxəssisləri 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatını 1,5 dəfə artırıblar. Nəticədə, ailə universalı əsl sportkara çevrilib. Manhart mütəxəssisləri ənənəvi olaraq, təkmilləşdirmə zamanı əsəs diqqəti texniki hissəyə yönəldirlər.

Atelye mütəxəssisləri “bərkgedən” universalın mühərrikini yeni  MHtronik Powerbox idarəetmə proqramı, karbondan giriş traktı, daha məhsuldar inetrkuler, yanacaq püskürdücüləri və turbokompressorlar ilə təchiz edərək, 4,0-litrlik V8 biturbo mühərrikinin gücünü 510-dan 712 at qüvvəsinə, fırlanma anını isə 700-dən 920 Nm-ə qədər artırıblar. Belə güc artımı 9-pilləli AMG Speedshift MCT ötürmələr qutusunun yenidən tənzimlənməsini tələb edib. Təkmilləşdirmələrdən sonra Manhart CR 700 adlandırılmış universal Mercedes-AMG GT Black Series sportkarının birbaşa rəqibinə çevrilib.

Ekstremal kupenin 730 at qüvvəli mühərrik ilə təchiz edilməsinə baxmayaraq, təkmilləşdirilmiş Mercedes-AMG C 63 S Estate modeli daha əlverişlidir – universal baqajla birlikdə beş nəfəri götürə bilər. Opsional olaraq, təkmilləşdirmələr proqramı çərçivəsində quraşdırılan katalizatorlu buraxılış sistemini yarış buraxılış sistemi ilə əvəzləmək mümkündür. Qara rəngli kuzov və radiator barmaqlığı ilə kontrast təşkil edən qızıl rəngli firma qrafikiasını hesaba almasaq, təkmilləşdirilmiş universal dəyişmiş xarakterini heç nə ilə biruzə vermir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Universal 20-düymlük Concave One disklərini, yeni şinləriə, H&R asqısının tənizmlənən yaylarını əldə edib. Nümayiş avtomobilin interyeri dəyişdirilməyib, lakin Manhart atelyesinin mütəxəssisləri “bərkgedən” universalın interyerini müştərinin arzu və istəklərinə uyğun tərtib etməyə hazırdırlar. Mercedes-AMG C 63 S Estate modelinin Manhart CR 700 unversalına çevrilməsinin qiyməti açıqlanmayıb, lakin anons edilən tüninq elementləri ayrılıqda təqribən 40.000 avroya başa gələcəklər. Əlbəttə ki, donor avtomobilinin dəyəri bu qiymətə daxil deyil...

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.