Məşhur tüninq atelyesi olan Manhart Performance Mini John Cooper Works hetçbekinin bazasında yaratdığı xüsusi layihəni təqdim etmişdir. Manhart Mini F300 adını almış avtomobil bir sıra yenilənmələrə və dəyişikliklərə məruz qalmışdır. Yığcam ekstremal avtomobilin kuzovu xüsusi yaşıl British Racing Green rənginə boyanmış və qızılı aksentlərlə bəzədilmişdir. Bundan başqa, hetçbek 19-düymlük təkər diskləri və F300 loqotipləri əldə etmişdir. Tünerlərin hazırladığı Mini JCW avtomobili daha aqressiv görkəmə malikdir.

Avtomobilin interyerində də nəzərə çarpacaq dəyişikliklər edilmişdir. Salonun tərtibatında yüksək kefiyyətli dəridən və alkantaradan, seçilən qızılı rəngli tikişlərdən və eyni rəngli aksentlərdən istifadə edilmişdir. Bundan əlavə, atelye Manhart loqotipləri olan xüsusi ayaqaltıları da təklif edir. Hetçbekin mühərrik bölümündə gücü 300 at qüvvəsinə bərabər olan 2,0-litrlik dördsilindirli turbomühərrik yerləşmişdir. Xatırladaq ki, bu mühərrik standart olaraq 231 at qüvvəsi ilə təklif edilir.

Atelye mütəxəssisləri mühərrikin gücünün artırılmasına elektron idarəetmə blokunun yenilənməsi və Remus firmasının istehsalı olan paslanmayan poladdan hazırlanmış səsböğucu sistem sayəsində müvəffəq olmuşdurlar. Bundan başda, avtomobil klirensi azaldılmış KW idman asqısı ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt