Əksəriyyət Manhart atelyesini BMW modellərinin tüneri kimi tanıyır. Lakin, almanlar digər markaların avtomobillərinə də əl gəzdirmək fürsətini fövtə vermirlər. Məsələn, götürək elə Range Rover Velar SVAutobiography Dynamic Edition krossoverini. 550 at qvvəli 5,0-litrlik V8 benzin mühərriki, 8-pilləli “avtomat” ilə təchiz edilmiş, 100 km/saat həddini 4,5 saniyəyə toplayan və 274 km/saat həddinə maksimal sürət məhdudiyyətinə malik olan dəbdəbəli krossover bir çoxlarının əlçatmaz xəyalıdır.
Lakin, bu sizin üçün kifayət deyilsə və daha da güclü krossover istəyirisinizsə, Manhart mütəxəssisləri sizin qulluğunuzdadırlar. Alman şirkəti yuxarıda adı çəkilən krossoverə əsaslanan yeni Velar SV 600 layihəsini təqdim edib. Adından da göründüyü kimi, indi Range Rover Velar modelinin hasilatı 600 at qüvvəsi və 750 Nm fırlanma anı təşkil edir. Əlavə gücü əldə etmək üçün, atelye mütəxəssisləri Manhart Performance elektron idarəetmə qurğusunu, habelə, HJS katalitik neytralizatoru və idarələnən çəpərcikləri olan idman buraxılış sistemini quraşdırıblar.
Digər yeniliklər arasında, 285/35 ZR23 ölçülü şinlər ilə təchiz edilmiş 23-düymlük Hawke təkər disklərini göstərmək olar. Disklər firma rəngində seçilən haşiyələri olan parlaq qara rəngə malikdirlər. Avtomobilin salonu, şassisi və əyləcləri dəyişilməz qalıb. İnteryerə gəldikdə isə, SVAutobiography Dynamic Edition versiyasının bu sahədə təkmilləşdirilməyə heç bir ehtiyacı yoxdur – krossover qoşa tikişləri olan dəlikli Windsor dərisi ilə üzlənmiş interyerə, transmissiyanın alüminiumdan dəstəkləri olan unikal idman sükan çarxına, idman pedallarına və əla məlumat əyləncə sisteminə malikdir.