BMW modellərinin təkmilləşdirilməsi ilə məşhurlaşan alman Manhart Performance atelyesi, bir müddət bundan öncə Toyota Supra modeli üçün GR 450 adlı tüninq proqramını təqdim etmişdi. İndi isə, almanlar daha da radikal versiyasını hazırlayıblar. GR 550 indeksinə malik olan sportkar 550 at qüvvəli mühərrikə və AC Schnitzer tərəfindən hazırlanmış kuzov elementlərinə sahib olub.
Manhart mütəxəssisləri Supra modelinin təkmilləşdirilməsi reseptini dəyişdirməməyə qərar veriblər və çalışmalara mühərrikdən başlayıblar. Onlar 3.0-litrlik B58 altısilindrli turbomühərrikini TTE 685 turbokompressoru, Wagner Tuning radiatoru, karbondan hazırlanmış ARMAspeed giriş sistemi və opsional Wagner Tuning daunpaypı və 200 hüceyrəli katalizator ilə təchiz edilblər. Bütün bunları MHtronik Powerbox idarəetmə vahidi və korrektə olunmuş yanacaq kartları ilə birləşdirən mühəndislər, mühərrikin hasilatını 550 at qüvvəsinə və 770 Nm qədər artırmağa müvəffəq olublar.
Asqını artan gücə adaptasiya etmək üçün, amortizatorlar yenidən tənzimlənmiş və qısaldılmış H&R yaylarının quraşdırılmışdır. Əlavə ödəniş etməklə, sıxılma və toparlanma tənzimləmələri olan KW Variant 3 yaylarını da quraşdırmaq olar. Tüner əyləc sisteminə və interyerə toxunmayıb – onlar müştərinin fərdi istəyənə əsasən konfiqurasiya ediləcəkdirlər.
Supra kupesini daha effektiv görünüşlə təmin etmək üçün, avtomobilin kuzovunu qara zolaqları olan qızılı örtüklə üzləyiblər. Əlavə olaraq, kupenin ön tərəfində AC Schnitzer spoylerini quraşdırıblar. Sonunda, kupe ön tərəfdə 255/30 R20, arxada isə 295/25 R20 ölçülü şinlər ilə təchiz edilmiş 20-düymlük Concave One disklərini əldə edib.
Bütün komponentləri bütöv şəkildə və ya ayrıca satın almaq mümkündür. Məsələn, Power Pack güc artırma dəsti 9.750 avroya, tənzimlənən dayaqlar – 2.202 avroya, AC Schnitzer spoyleri - 900 avroya, qızıl rəngli örtük isə 3.400 avroya başa gələcəkdir.