Manhart atelyesi yeni nəsil Mercede-AMG SL rodsteri üçün hazırladığı təkmilləşdirmələr proqramını nümayiş etdirib. Hələlik alman atelyesi yalnız SL 800 R adlandırılmış layihənin renderlərini dərc edib. Adından da göründüyü kimi, rodster 800 at qüvvəli 4,0-litrlik mühərrikə, daha məhsuldar əyləc mexanizmlərinə, azaldılmış klirensə və qara-qızılı firma livreyasına sahib olacaqdır.
800 at qüvvəli SL rodsteri haqqında təfərrüatlar gizli saxlanılır – nə satışların başlanması tarixi, nə qiymət, nə də tam təkmilləşdirmələr dəsti barədə məlumat verilməsə də, Manhart atelyesi ilkin sifarişləri qəbul etməyə hazırdır.
Xatırladaq ki, Mercedes-AMG SL 63 4Matic+ modeli zavoddan 585 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə çıxır. Manhart mütəxəssislərinin müdaxiləsindən sonra, mühərrikin hasilatını 800 at qüvvəsinə və 1000 Nm-ə artırmaq mümkün olub. Çox güman ki, söhbət çip-tüninqdən, giriş və buraxılışın, habelə turbokompressorların dəyişdirilməsindən gedir.
Yeni Mercedes-AMG SL rodsteri üçün qeyri-standart kuzov dəstini hələlik heç kim təklif etmir, odur ki, fərdilik xüsusi sifarişlə hazırlanmış və altı cütlənmiş qolları olan disklərin, qızılı supportları olan gücləndirilmiş əyləclərin və tutqun qara kuzova vurulmuş qızılı vurğular sayəsində əldə ediləcəkdir.
Yeni nəsil Mercedes-AMG SL modelinin qiymətlərinin ilin əvvəlində açıqlanağı vəd edilsə də, onun Avropa valyutasındakı qiymətləri belə səsləndirilməyib. Rodsterlərin çatdırılmalarına başlanılması tarixi də naməlumdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.