Alman Mansory atelyesi hər zaman avtomobillərin tüninqinə qeyri-adi yanaşması ilə seçilir. Məsələn, bu yaxınlarda atelye mütəxəssisləri Bentley Bentayga krossoverinə “əl gəzdiriblər”. Atelye mütəxəsisslərinin üzərində çalışdıqları Bentayga Speed modeli artıq Feroza Edition adlanır. Bu adın altında gücləndirilmiş mühərriki, eksteryer və interyerinin parlaq tərtibatı və yeni aerodinamik kuzov dəsti olan krossover gizlənir.

Alman tüner dəbədəbəli Britaniya krossoverini döyülmüş karbon adlandırılan materialdan hazırlanmış xırda detalları olan aerodinamik kuzov dəsti ilə təchiz edib. Detalların bir qismi rənglənmədiyindən karbonplatikin strukturunu qiymətləndirməyə imkan verir, detallaraın qalan hissəsi isə, kuzov rənginə boyanıb.

Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin standart diskləri çoxmilli qara təkər diskləri ilə əvəzləniblər. Feroza Edition krossoveri parlaq firuzəyi rəngə boyanıb, onun salonu isə, döşəmədən tavana qədər eksteryerlə eyni rəng tərtibatına malikdir. Parlaq firuzəyi dəri karbonplastikdən elementlərlə uyğunlaşdırılıb, tavanda isə “ulduzlu səma” peyda olub. Lakin müştərinin arzusu ilə Mansory avtomobilin kuzovunu da, interyerini də başqa rəngdə tərtib edə bilər. Necə deyərlər - puluna minnət…

Səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 6,0-litrlik W12 mühərrikinin gücü 635 at qüvvəsindən 900 at qüvvəsinə qədər artırılıb. Gücün artıılmasına turbinlərin və buraxılış sisteminin dəyişdirilməsi, habelə mühərrikin idarəetmə blokunun proqram təminatının yenilənməsi sayəsində nail olunub.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.