Mansory atelyesi Bentlay Bentayga krossoveri üçün nəzərdə tutmuş tüninq proqramını bu ayın əvvəlində keçirilən SEMA tüninq sərgisində nümayiş etdirmişdi. Dəbdəbəli krossover, tərkibinə yeni bamperlər, kapot, genişləndirilmiş təkər tağları, yan kandarlar, arxa diffuzor və antiqanad daxil olan aerodinamik kuzov dəsti əldə etmişdir.
Artıq məlumdur ki, bu dəstin qiyməti quraşdırlma da daxil olmaqla 78000 dollar təşkil edir. İlkin olaraq avtomobil 22-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Lakin tüner, opsional olaraq 23-düymlük təkər disklərini də quraşdırmağı təklif edir. Bu günlərdə Mansory krossoveri iki rəngli 24-düymlük Forgiato Auguri-ECL iskləri ilə də təchiz edilə biləcəyini də açıqlamışdır. Bentayga modelinin iki ton yarımlıq çəkisini nəzərə alan Mansory mütəxəssisləri onu təkmilləşdirilmiş əyləc sistemi ilə də təchiz etmişdirlər. İri disklər əyləc mexanizmlərinin supportlarını kiçik göstərsə də, təkmilləşdirilmiş əyləc sistemi standart variantdan fərqli olaraq daha effektivdir.
Dəbdəbəli krossover, həmçinin, idman tipli buraxılış sistemini əldə etmişdir ki, bu sistemin tətbiqi sayəsində 6,0-litrlik W12 mühərrikinin gücü 701 at qüvvəsinə, fırlanma anı isə 1050 Nm qədər artmışdır. Nəzəri cəhətdən Bentley Bentayga modelinin sürəti 10 km/saat artmışdır. Görəsən bu krossoveri 310 km/saat həddinə qədər sürətləndirən ürəkli oğul tapılıbmı?