Radikal tüninq üslubu ilə məşhur olan Mansory atelyesi mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş Bentley Bentayga krossoverinin ilk tizerini dərc etmişdir. Bildiyimiz kimi, Bentayga avtomobili dünyanın ən sürətli krossoveri olaraq tanınmışdır. Tünerlər stilistik dəyişikliklərlə bərabər, texniki yeniliklər edəcəklərini də bəyan etmişdirlər. Tüninqdən keçmiş Bentley Bentayga karbondan hazırlanmış kapot və radiator barmaqlığını, yeni ön bamper, həmçinin 23-düymlük alüminium təkər disklərini əldə edəcəkdir.
Mansory mütəxəssislərinin işləyib-hazırladığı krossoverin texniki xarakteristikaları açıqlanmasa da, tüner «avtomobilin dinamik xarakteristikalarının ciddi şəkildə yaxşılacağını» bəyan etmişdir.
Xatırladaq ki, krossoverin 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malikdir.Səkkiz diapazonlu ZF firmasının avtomatik sürətlər qutusu birgə çalışan turbomühərrik dəbdəbəli krossoveri 100 km/saat həddinə 4,1 saniyəyə sürətləndirir.
Bentayga modelinin maksimal sürəti 301 km/saata bərabərdir. Bir müddət əvvəl Bentley şirkətinin rəhbərliyi krossoverin «qaynar» variantı olacaq Bentayga Speed modifikasiyasının buraxılacağını təsdiq etmişdi.