Qeyri-adi layihələri ilə tanınan Mansory tüninq atelyesi, şirkətin lüks avtomobillərin təkmilləşdirilməsinə olan radikal yanaşmasını tam şəkildə nümayiş etdirən daha bir avtomobili göstərib. Yeni layihə ilə alman tuner 13 il əvvəl təqdim etdikləri Mansory Vitesse Rose modelinə işarə edirlər. kabrioletini yaradıb. İlk layihə Continental GT Speed modelinə əsaslansa da, yeni Mansory Vitesse modelinin əsasını Continental GTC kabrioleti təşkil edir.

Avtomobilin əsas xüsusiyyəti onun kuzovunun qeyri-adi rəng sxemidir. Kabriolet sarı və qara rənglərə boyanıb, lakin burada sarı rəng üstünlük təşkil edir. Kuzovun yarısından çoxu sarı (sol tərəf), qalan hissəsi (sağ tərəf) isə qara rəngdədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin görünüşünü sarı aksentləri olan qara təkər diskləri, həmçinin karbondan detalları olan aqressiv aerodinamik kuzov dəsti tamamlayır. Eksteryerdəki rəng sxemi interyerdə də davam etdirilir. Sürücü tərəfində qara əlavələri olan sarı rəngə üstünlük verilirsə, sərnişin tərəfində isə bunun tam əksidir.

Dekorativ panellər karbon lifindən hazırlanıb və One of One yazısı olan lövhə ilə bəzədiliblər. Standart Bentley Continental GTC modeli 550 at qüvvəli 4,0 litrlik V8 turbomühərriklə təchiz edilir, təkmilləşdirilmiş Mansory kabrioleti isə 740 at qüvvəsinə malikdir. Layihənin əsası olaraq 6,0-litrlik W12 mühərriki ilə hərəkətə gələn kabrioletin götürüldüyünü də istisna etmək olmaz.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.