Məşhur Mansory atelyesi Lamborghini Urus krossoveri üçün Venatus tuning dəstini hazırlayıb. Təkmilləşdirmə proqramı interyerin yenidən üzlənməsini, karbondan hazırlanmış genişfüzelyajlı kuzov dəstinin quraşdırılmasını və mühərrikin gücünün artırılmasını nəzərdə tutur. Əsas rəng - sarı aksentləri olan mavi rəngdir.
Mansory mütəxəssislərinin hazırladığı Lamborghini Urus modelinin interyeri kuzovu ilə eyni rəng sxeminə malikdir: oturacaqlar, qapı xəritələri, tavan, ön panel, sükan qolunun aşağı hissəsi də daxil olmaqla, bütün salon döşəmədən tavana qədər parlaq dəri ilə örtülmüşdür.
Lazurit rəngi, limon sarısı rəngində olan Mansory loqotipləri, kresloların tikişi, kilim və havalandırma deflektorları ilə ziddiyyət təşkil edir. Tavanın üzərinə ağ rəngli işıqlandırması olan və ulduzlu səma effektini yaradan naxışlar vurulub.
Təkər tağlarının genişləndiriciləri , xüsusi bamperlər, orijinal yan ətəklər, yeni kapot və bir cüt mürəkkəb formalı arxa qanadlar sayəsində krossoverin eksteryerinə fərdilik bəxş edilib. Sadalanan elementlər karbon lifindən hazırlanır. Standart səsboğucu sistem, üç hissədən ibarət və raket üslubunda çıxış boruları olan buraxılış sistemi ilə əvəz edilib.
Kuzov dəstinin bütün detalları qəsdən aqressiv tərzdə hazırlanıb. Mansory atelyesi iki variantda təkər disklərindən birini seçməyi təklif edir: hörülmüş onmilli və ya qalın kanarı olan yeddi milli. Diskləri nümayiş etdirmək üçün, şəkildəki krossoverdə solda bir, sağda isə digər disklər quraşdırılıb.
Yuxarıda göstərilən dəyişikliklərlə yanaşı, Mansory atelyesi 4,0-litrlik V8 biturbo aqreqatının hasilatını 810 at qüvvəsinə və 1000 Nm qədər artırmağı təklif edir. Xatırladaq ki, standart mühərrik 650 at qüvvəsinə və 850 Nm fırlanma anı malikdir. Artmış güc xarakteristikaları 100 km/saat həddinə sürətlənmə müddətini 3,3 saniyəyə endirməyə, maksimum sürəti isə 320 km/saata qədər artırmağa imkan verib.
Mansory atelyesi təkmilləşdirmələrin qiyməti açıqlamır, lakin dəyişikliklərin miqyasını nəzərə alsaq, Venatus dəstinn heç də ucuz olmayacağını söyləmək gərəkdir.