Mansory şirkəti Mercedes-Benz V-Class modeli üçün təkmilləşdirmələr proqramını təqdim etmişdir. Tünerlər avtomobili karbonla bəzəməyi və dəbdəbəli salonla təchiz etməyi təklif edirlər.
Mercedes-Benz V250d modeli ön bamperdəki splitteri, hava girişlərindəki işıqdiodlarından xəttləri, karbondan gövdələri olan yan güzgüləri, arxa qapının üzərindəki spoyleri, nazik formalı diffuzoru və trapesiya şəkilli səsboğucu sistemin borularını əldə etmişdir. Eksteryerdəki dəyişikliklərin son nöqtəsi isə, 19-düymlük təkər disklərinin quraşdırılmasıdır.Salondakı dəyişikliklər daha maraqlıdır. Səkkiz sərnişin üçün nəzərdə tutulmuş salon altı oturacaqla təchiz edilir. İnteryerin tərtibatında yüksək kefiyyətli dəridən, alkantara və ağac işləmələrdən istifadə olunur. İki arxa oturacağın arasında soyuducu olan konsol yerləşdirilmişdir. Bu oturacaqlar massaj funksiyası ilə də təchiz edilmişdirlər. Salondakı sistemlər sensorlu mərkəzi displeyin köməyi ilə idarə edilir.
Avtomobilin ön paneli də yeni tərtibata malikdir.
Burada karbondan hazırlanmış sükabaltı ləçəkləri olan idman sükan çarxını və alüminiumla örtülmüş pedal dəstini görmək olar. Avtomobilin dörd silindrli dizel mühərrikinin gücünü 52 at qüvvəsi artırmaq təklif olunur. Nəticədə dizel mühərriki 252 at qüvvəsinə və 550 Nm fırlanma anına malik olur.
Furqonun maksimal sürət həddi isə 11 km/saat artaraq 210 km/saat təşkil etmişdir.