Mansory tüninq atelyesi müxtəlif istehsalçıların buraxdığı dəbdəbəli lyüks avtomobillərin ifrat dərəcəli tüninqi ilə məşhurlaşmışdır. Bu dəfə isə, alman tünerlər birinci olaraq Rolls-Royce Dawn kabrioleti üçün təkmilləşdirmə proqramını təklif etmişdirlər. Mansory mütəxəssislərinin hazırladığı avtomobil aqressiv görkəmi və gücləndirilmiş mühərriki ilə seçilir.

İlk növbədə tüner avtomobili digər formalı gündüz hərəkət işıqları, karbondan hazırlanmış təkmilləşdirilmiş ön və arxa spoylerlər, yeni yan kandarlar ilə təchiz etmişdir. Dəbdəbəli kabriolet Vrederstein təkərləri geyindirilmiş 22-düymlük xüsusi təkər diskləri ilə təchiz edilir.

Avtomobilin salonunun tərtibatında karbondan, cilalanmış alüminiumdan və royal lakı ilə ötrülmüş ağacdan istifadə edilmişdir.

Mansory atelyesi Rolls-Royce Dawn kabrioletinin 6,6-litrlik on iki silindirli turbomühərrikinin gücünü 570-dən 740 at qüvvəsinə, fırlanma anını isə 780-dən 1000 Nm-ə qədər artırmışdırlar. Güc aqreqatı səkkiz pilləli ZF firmasının istehsalı olan avtomatik sürətlər qutusu ilə birgə çalışır. 

Kabriolet yerindən 100 km/saat həddinə kimi 4,5 saniyəyə sürətlənir ki, bu da standart modeldə olduğundan 0,4 saniyə daha yeyindir. Avtomobilin maksimal sürətinin elektronika tərəfindən məhdudlaşdırılması həddi 250 km/saatdan 285 km/saata qədər  artırılmışdır.

Görülən işlərin qiyməti açıqlanmamışdır. Rolls-Royce Dawn modelinin baza variantının qiyməti 330 min avro təşkil edir.

Image alt Image alt Image alt