Təəccüblü tuning layihələri ilə məşhurlaşmış Mansory atelyesi yeni nəsil Audi RS6 Avant universalı üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Superuniversal tamamilə karbon hazırlanmış kuzova, nəhəng diffuzor və yeni buraxılış sisteminə sahib olub.
Mansory tərəfindən hazırlanmış ekstravaqant Audi RS6 Avant modelini kapotdakı havalandırma kəsikləri, vinqletləri olan ön spoyler və baqaj qapısının üzərindəki spoyler sayəsində tanımaq olar. Bundan əlavə, superuniversalın 22-düymlük təkər diskləri və kapotdan başlayaraq diffuzora qədər uzanan sarı rəngli zolaq və tutqun rəngli kuzov diqqəti çəkir. Səsboğucu sistemin oval formalı ucluqları yerlərini trapesiya formasında olanlara veriblər.
Karbondan "geyimə" malik olan superuniversalın kapotunun altında iki turbokompressorlu 4.0-litrlik V8 mühərriki yerləşir. Mansory mütəxəssisləri mühərrikin gücünü 600-dan 730 at qüvvəsinə, frılanma anını isə 800-dən 1000 Nm artırıblar. Mühərrik hasilatının artırması avtomobilin dinamikasına öz təsirini göstərib. İndi superuniversal 100 km/saat həddinə 0,4 saniyəyə yeyin - 3,2 saniyəyə sürətlənir. Maksimum sürət açıqlanmayıb - adi RS6 Avant modeli 305 km/saata qədər sürətlənir.