Özünün radikal tüninq lahiyələri məşhur olan Mansory atelyesi Bentley Bentayga krossoveri üçüb hazırladığı tüninq proqramını təqdim etmişdir. Alman tünerlər dünyanın ən sürətli seriya krossoveri olan Bentayga modelinin maksimal sürətini 311 km/saata artırmağa nail olmuşdurlar.

Bildiyimiz kimi, Bentley Bentayga modeli 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olan W12 benzin mühərriki ilə təchiz edilir. Mansory mütəxəssisləri mühərrikin idarəetmə elektronikasını proqram təminatını yeniləmək və yeni buraxılış sistemini quraşdırmaqla onun gücünü 701 at qüvvəsinə qədər, fırlanma anını isə 1050 Nm-ə artırmağa müvəffəq olmuşdurlar. Bununla belə, güc imkanları dəyişdirilmiş krossoverin yerindən 100 km/saata qədər neçə saniyəyə sürətlənməsi barədə məlumat verilməmişdir.

Xatırladırıq ki, adi krossover bu işə 4,1 saniyə sərf edir. Texniki yeniliklərlə yanaşı, krossover aqressiv görkəm bəxş edən aerodinamik kuzov dəstini, 23-düymlük təkər disklərini, yenidən tərtib edilmiş interyeri də əldə etmişdir.

Təkmilləşdirilmiş krossoverin kütləvi təqdimat mərasimi Las-Veqasda noyabr ayında keçiriləcək SEMA tüninq-şousunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt