Mansory atelyesi növbəti ccəsur layihəsini təqdim edib - yeni layihə Birləşmiş Ərəb Əmirliklərinin 50-illik yubileyinin şərəfinə hazırlanıb. Atelye qara-bənövşəyi rəngli vəhşi Mercedes-Benz G-Class, Lamborghini Urus və Rolls-Royce Cullinan modellərini buraxıblar. Yeni avtomobil Limited Edition 50th UAE adını alıblar, lakin prinsipial olaraq digər layihələrdən fərqlənirlər - belə avtomobillər kuzovun qradient boyası, baş dayaqlarındakı tikmə-naxışlar və ərəb hörməsi olan dekoru ilə seçilirlər.
Mansory şou-rumunu üç qara-bənövşəyi ofrouder bəzəyəcəkdir. “Yubiley” tüninqi Həm Mercedes-AMG G 63, həm Lamborghini Urus, həm də Rolls-Royce Cullinan modelini başqa rənglərdə də sifariş etmək olar. Nümayiş modelləri eyni reseptlə hazırlanıblar. Avtomobillər eyni disklərə malikdirlər, Mercedes və Lamborghini modellərinin salonu isə eynirəngli sarı-bənövşəyi dəri ilə üzləniblər.
Ərəb xüsusi versiyaları üçün əsas kimi Vanatus dəsti olan Lamborghini Urus, Billionaire təchizatlı Rolls-Rols-Cullinan və Mercedes-AMG G 63 Gronos modelləri çıxış ediblər. BƏƏ-nin 50-illik yubileyi haqqında isə, oturacaq başlıqları, təhlükəsizlik kəmərləri və tavandakı tikişlər xatırlatmalıdırlar. Rolls-Royce krossoverində isə tavanda yubilyar ölkənin işıqlanan xəritəsi var.
Texniki hissə Mansory üçün standartdır: G 63 modelinin mühərrikinin hasilatı 900 at qüvvəsi və 1200 Nm, Urus krossoverinin - 810 at qüvvəsi və 1000 Nm, Cullinan ofrouderinin isə 611 at qüvvəsi və 950 Nm qədər artırılıb.
Mansory avtomobillərin tirajı və qiymət cədvəli barədə məlumat verməyib. Məlumdur ki, alman atelyesinin təkmilləşdirmələri avtomobilin qiymətini iki dəfə artırır. Yeni modellərin spesifikasiyasını nəzərə alsaq, alman atelyesi sifariş çatışmazlığı ilə qarşılaşmayacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.