Mansory atelyesi Bentley şirkətinin bayraqdar modeli olan dəbdəbəli Mulsanne sedanı üçün təkmilləşdirmələr priqramını təqdim edib. Sedanın eksteryer və interyerində dəyişiklilər edilmiş və mühərrikinin gücü artırılmışdır. 2,6 tonluq avtomobil 100 km/saat sürətini beş saniyəyə toplayır.
Tünerlər 6,75-litrlik V8 mühərrikinin gücünü 512 at qüvvəsindən 585 at qüvvəsinə qədər artırıblar.
Öz növbəsində mühərrikin fırlanma anı 1020 Nm-dən 1100 Nm-ə qədər yüksəlib. Xatırladaq ki, adi Mulsanne sedanı 100 km/saat həddinə 5,3 saniyəyə sürətlənir. Bundan başqa, dəbdəbədli sedanın maksimal sürəti 296 km/saatdan 305 km/saata «çəkilib». Eyni zamanda, Bentley Mulsanne 285/35 ölçülü təkərləri olan 22-düymlük disklərlə və karbondan hazırlanmış aerodinamik elementlərlə təchiz edilib. Həmçinin baqaj bölümünün qapağının üzərinə karbondan spoyler bərkidilib.
Mansory atelyesi avtomobilin salonunun fotoşəkillərini dərc etməsə də, tünrin nümayəndələri sifarişçilərin cilalanmış alüminium və «təmiz» karbondan və başqa bahalı materiallarla tərtib edilmiş salona sahib olacaqlarını söyləyiblər.