Mansory atelyesi Mercedes-AMG GLS 63 «bərkgedən» ofroderinin təkmilləşdirilmiş variantını təqdim etmişdir. Atelye mütəxəssislərinin müdaxiləsindən sonra avtomobilin mühərrikinin gücü 840 at qüvvəsinə qədər artırılmışdır.
Bunun nəticəsində qaynar ofroderin maksimal sürət həddini 45 km/saat artırmaq mümkün olmuşdur. Bildiyimiz kimi, standart ofroder 1982 millimetr enə malikdir. Lakin, Mansory mütəxəssisləri tərəfindən hazırlanmış yeni kuzov dəsti və təkər tağlarının genişləndiriciləri sayəsində avtomobil öndə 25 millimetr, arxada isə 40 millimetr enli olmuşdur. Bundan başqa, tüninq keçmiş ofroderin bir sıra aerodinamik elementləri karbondan hazırlanmışdır.
Mercedes-AMG GLS 63 4Matic modeli 585 at qüvvəli və 760 Nm fırlanma anı olan 5,5-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir.
Mansory mütəxəssislərinin müdaxiləsindən sonra mühərrik əlavə 255 at qüvvəsinə və 390 Nm fırlanma anına sahib olmuşdur. Təkmilləşdirilmiş ofroderin maksimal sürəti 295 km/saat təşkil edir. Avtomobilin 100 km/saat həddinə sürətlənmə zamanı açıqlanmamışdır. Standart ofroder bu işə 4,6 saniyə sərf edir.
Bütün bunlarla yanaşı, atelye mütəxəssisləri avtomobilin pnevmatik asqısını yenidən işləyərək onun səviyyəsini 30 millimetr aşağı salmışdırlar. Eyni zamanda, ofroder 305/35 ölçülü şinləri ilə təchiz edilmiş 23-düymlük təkər disklərinə və tamamilə yenidən tərtib edilmiş interyerə sahib olmuşdur.