Məşhur Mansory atelyesi özünün cəsarətli tüninq proqramları ilə məşhurdur. Bu dəfə alman tünerlər qeyri-adi ofroderlərdən biri olan Mercedes-Benz G500 4x4² modelini tüninq etmək qərarına gəlmişdirlər. Onsuz da brutal görkəmi, iri klirensi və yolsuzluq üçün nəzərdə tutulmuş təkərləri olan bu ofroderi heç də incə görünüşlü avtomobillərdən saymaq olmaz.

Mansory atelyesinin mütəxəssisləri, həmişə olduğu kimi, avtomobilin kuzovunun yenidən işlənməsində karbondan hazırlanmış kuzov parçalarından gen-bol istifadə etmişlər. Bunlara misal olaraq avtomobilin radiator barmaqlığını, yeni kapotu, təkər tağlarının genişləndiricilərini  və işıqdiodları əlvə edilmiş ön fənərlərin haşiyəsini göstərmək olar.

Mercedes-Benz G500 4x4² modelinin kuzovunun  boyandığı parlaq mavi rəng, onsuz da hər kəsin diqqət yetirdiyi avtomobili daha da nəzərə çarpacaq etmişdir. Avtomobilin salonunun tərtibatında da karbondan, yüksək kefiyyətli qara dəridən, alkantaradan və mavi rəngli tikişlərdən bolluca istifadə edilmişdir.

Haraylayan görmkəmə malik olan belə avtomobili güclü mühərriksiz təsəvvür etmək mümkün deyildir. Bu məqsəd ilə Mansory mütəxəssisləri 4,0-litrlik V8 mühərrikinin gücünü 479 at qüvvəsinə, fırlanma anını isə 710 Nm-ə qədər artıran PowerBox dəstini quraşdırmağı təklif edirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt