Məşhur Mansory atelyesi Ferrari 488 GTB superkarının təkmilləşdirilmiş variantı olan Siracusa 4XX modelini təqdim etmişdir. Alman tünerləri avtomobilin zahiri görkəmini daha aqressiv etmiş və onun mühərrikin gücünü 790 at qüvvəsinə qədər yüksəltmişdirlər. Mansory Siracusa 4XX superkarı geniş kütlə qarşısına Qudvudda keçirilən Sürət festivalında çıxmışdır.

Tünerlər Siracusa 4XX superkarını parlaq sarı rəngə boyayaraq, karbondan hazırlanmış kuzov elementləri ilə təchiz etmişdirlər. Bunların sırasında Ferrari FXXK modelinin üslubunda hazırlanmış arxa aerodinamik qanadlar da mövcuddur.Avtomobil həmçinin yüksək sürətlər üçün nəzərdə tutulmuş şinlərlə təchiz edilmiş 20 və 21-düymlük xüsusi təkər disklərini əldə etmişdir. Avtomobilin o qədər də yüksək olmayan klirensi 20 millimetr aşağı salınmışdır.

Avtomobilin interyeri də onun eksteryerinə layiq tərzdə hazırlanmışdır. Salonun tərtibatında yüksək kefiyyətli qara rəngli dəri və alkantaradan, həmçinin sarı rəngli işləmələrdən bolluca istifadə edilmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, superkarın 661 at qüvvəli 3,9-litrlik səkkiz silindirli turbomühərrikinin gücü 790 at qüvvəsinə qədər artırılmışdır. Bu səbəbdən də Siracusa 4XX modeli 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 340 km/saata bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt