«Automotive News» nəşrinin verdiyi xəbərdə, FİAT şirkətinin Tesla Model 3 sedanına rəqib yaratmağa hazır olduğu bildirilir. Fiat Chrysler Automobiles ittifaqının rəhbəri Sercio Marikonne bu barədə adı çəkilən nəşrə verdiyi müsahibədə bildirib. «Əgər onlar (Tesla şirkəti - qeyd bizimdir) mənə elan etdikləri qiymət səviyyəsində avtomobilin satışının gəlir gətirdiyini sübut edərlərsə, mən bu formulanı üzündən köçürərək ona italyan dizaynını əlavə edib, bir il müddətində oxşar avtomobil buraxaram» - deyə Marikonne bu ideyaya şübhə ilə yanaşıdğını dilə gətirmişdir.

Xatırladaq ki, Tesla Model 3 elektrik avtomobilinin prototipinin bağlı təqdimat mərasimi 1 aprel tarixində Kaliforniyada keçirilmiş xüsusi tədbirdə baş tutmuşdur. Elə o vaxtdan da Tesla Motors 1000 dollar beh almaqla avtomobilin sifarişlərini qəbul etməyə başlamışdır.

Sifarişlərin rəsmiləşdirilməsinə başlanan ilk gün, ən ucuz Tesla avtomobili üçün 180 min nəfər avtomobili almaq arzusunu bildirmişdir. Amerikan şirkəti bu hadisənin «tarix boyu istənilən yeni məhsulun birgünlük satışları üzrə dünya rekordu» olduğunu bildirmişdir. Növbəti iki gün ərzində şirkət sifarişlərin sayını 276 minə qaldırmışdır ki, bu da 14 milyard həcmində satış deməkdir. Teslan Model 3 avtomobilinin satış qiymətləri 35 min ABŞ dollarından başlayır və avtomobilin orta satış qiyməti 42 min ABŞ dolları təşkil edir.  Avtomobilin istehsalına 2017-ci ilin sonlarında başlanmalıdır.

Teslla Model 3 avtomobilin texniki xarakteristikaları gizli tutulsa da, şirkət rəhbəri İlon Maskın bildirdiyinə görə, bütün avtomobillər avtonom idarəetmə sistemi ilə təchiz ediləcək və elektrokarın ən zəif variantı 60 mil/saat (96 km/saat) sürətini altı saniyədən az bir müddətə toplayacaqdır. Model 3 elektrokarının dolu batareyalarla 350 kilometr məsafə qət etmək iqtidarında olduğu da bildirilmişdir.