Mark Markes MotoGP çempionatının ikinici yarışı olan Argentina Qran Prisində inamlı qələbə çalıb. Yarışa pouldan başlayan ispan pilot stardan sonra rəqiblərindən uzaqlaşmağa başlayıb və yarış boyu onların təzyiqləri ilə üzləşməyib. Yarışı ikinci və üçüncü olaraq Valentino Rossi və Andrea Dovitsiozo bitiriblər.
Yarışın ilk yarısında ən aktiv pilotlar Yamaha motosiklində çıxış edənlər olub: əgər ikinci yerdən yarışı baçlamış Maverik Vinyales ilk onluğun sonuna geriləsə də, Petronas Yamaha SRT komandasının pilotları Valentino Rossi və Franko Morbidelli ötmələr ediblər. Rossi ikinci yer uğrunda Dovitsiozonu, Morbidelli isə, dördüncü yer uğrunda Cek Milleri geridə qoyub.
Yarışın ortasında Ducati pilotları yerlərini qaytarmağa müvəffəq olublar: Dovitsiozo Rossini keçib, Morbidelli isə, 10-cu yerdən start almış Ducati komandasının ikinci pilotu Danilo Petruççiyə keçilib. Lakin, podiumdakı mövqelər yalnız sonuncu dövrədə məlum olublar. Rossi Dovitsiozonu keçərək mövqeyini axıra kimi qorumağa müvəffəq olub. Altıncılıq uğrunda mübarizə aparan Vinyales isə Morbidelli ilə toqquşub.
Rossinin ötməsi Mark Markesi ümumi birinciliyin liderliyinə yüksəldib. Rossi üçün isə Argentinadakı podium 11 yarışdan sonra ilk podium olub. Ducati komandasından Hondaya keçən üçqat dünya çempionu Xorxe Lorenso yarışda elə də parlaq çıxış etməyib və 11-ci olub.