Mark Markes Yaponiya Qran Prisində qalib gələrək, vaxtından əvvəl ən yüksək sinifdə beşinci titulu əldə edib. Markesə vaxtından əvvəl Yaponiyada çempion olmağa yalnız Andreao Dovitsiozo mane ola bilərdi. Bunun üçün onun qalib gəlməsi gərək idi. Pouldan start alan Dovitsiozonun qalibiyyət şansları çox yüksək idi.
Startda ilk yerini qorumağa müvəffəq olan Andrea uzun müddət yarışa liderlik edib. O, yarış boyu Markesin hücumlarına davam gətirsə də, sona bir neçə dövrə qalmış rəqibinə keçilib, sonra isə çınqıllığa çıxaraq yıxılıb. Markes isə son dövrəni çempion olduğunu bilərək başa vurub - bu barədə ona boksdan xəbər veriblər.