Facebook social şəbəkəsinin banisi olan Mark Zukerberq amerikan yarış seriyası olan NASCAR çempionatının avtomobili ilə trekdə dövrə vurmuşdur. Zukerberqi trekdə yürüş zamanı bu seriyanın pilolarından olan Deyl Ernhardt-cunior müşayət etmişdir.
İlkin olaraq Facebook social şəbəkəsinin yaradıcısı sərnişin qismində Ernhardtın-cuniorun idarə etdiyi avtomobildə trekdə dövrələr vurmuşdur. Bu dövrələr zamanı Deyl avtomobili 280 km/saat həddinə qədər sürətləndirmişdir. Zukerberq sükan arxasına keçdikdən sonra, trekdə bir neçə dövrə vurmaq şansı əldə etmişdir. Markın sözlərinə görə o, sürətlənən zaman mühərrikin dövrələrini 5000 dövr/dəqiqə səviyyəsindən yuxarı qaldırmamışdır. Zukerberq ilk dəfədir ki, belə bir tədbirdə iştirak edir.