“İlk növbədə məni güllələməlisiniz”, - bu sözləri bir neçə il bundan öncə bundan öncə, “Ferrari markası krossover buraxacaqmı?“ sualına cavab olaraq FiatChrysler alyansının rəhbəri Sercio Markionne söyləmişdi.
Bu gün isə, itaylan markasının rəhbəri Detroyt avtosalonu çərçivəsində verdiyi müsahibədə Ferrari şirkətinin ilk SUV və yaxud Markionnenin söylədiyi kimi, FUV (Ferrari Utility Vehichle) avtomobili barədə danışıb. FCA rəhbəri xırdalıqlara getməsə də, - “bu avtomobil, məhz Ferrari krossoverinin göründüyü kimi görünməlidir”, - deyib.
Sonra isə, “o, Ferrari kimi də idarə olunmalıdır”, - söyləyərək əlavə edib. Atalar demişkən: «Adın nədir? - Daşdəmir. Yumşalarsan, yumşalar». Bu ilin sonuna mənfəətlə çıxmalı olan Ferrari şirkəti Çin bazarı da daxil olmaqla Asiya regionunda 10 min ədəd krossover satmağı planlaşdırır.
Artıq Bentley Bentayga və Lamborghini Urus krossoverlərinin satıldığı, həmçinin Rolls-Royce Cullinan ofroderinin yaxın zamanlarda işıq üzü görəcəyini nəzərə alsaq, Ferrari krossoverinin kifayət qədər rəqibə malik olduğunu söyləmək olar. Bununla belə, Markionne “Şahə qalxan köhlənin” Porsche ilə rəqabət aparmayacağını da söyləyib. Demək hədəfdə Sant’Aqata Bolonyezedən olan Lamborghini Urus krossoveridir.