Audi şirkətinin yeni baş direktoru Markus Duysmann, vəzifəsinin icarsına başladıqdan iki ay sonra, "əlavə modellərin" yardılmasını sürətləndirmək üçün xüsusi layihənin yaradılmasına göstəriş verib. Əlavə modellər kimi, mövcud modellərin plan üzrə növbəti nəsillərinin hazırlanması deyil, nə isə ekzotik bir şey nəzərdə tutulur. Layihə Artemis (yunan mifologiyasında Artemida ovçuluq ilahəsidir) adlanır. Layihəyə, bu gündən vəzifəsinin icrasına başlamış Aleks Hitzinger rəhbərlik edəcəkdir. "Aleks tez bir zamanda və bürokratik gecikmələr olmadan innovasiyalı Audi modelini yaratmalıdır", - Duysmann bildirib.
Hitzinger - mühəndis və avtoidman mütəxəssisidir. Bu günə qədər o, Volkswagen qrupunda pilotsuz nəqliyyat vasitələrinin yaradılması istiqamətinə nəzarət edən böyük vitse-prezident, eyni zamanda, Volkswagen Commercial Vehicle bölməsinin İdarə Heyətinin üzvü olub
Yeni vəzifəsinin icrasında ona təkcə Volkswagen qrupunda deyil, həm də digər şirkətlərdə də əldə etdiyi təcrübə kömək edəcəkdir. Karyerasının əvvəlində Hinzinger Toyota Motorsport komandasında çalışıb, daha sonra Cosworth firmasında Formula 1 üçün mühərriklər hazırlayıb. Onun, Porsche Motorsport komandasının WEC çempionluğunu və Le Manın 24 saatlıq yarışını qazanmasında da töhvəsi vardır. Aleks təcrübə baqajında Red Bull Technology və Apple (ikincisində avtonom maşınlarda işləyib) fırmalarında əldə etdiyi biliklər də mövcuddur.
Markus Duysmann
Artemis layihəsinin qarşısında qoyulan ilk tapşırıq 2024-cü ilə qədər yüksək effektivli elektromobilin yaradılmasıdr. Lakin, layihə avtomobilin özünün yaradılması ilə məhdudlaşmır. Duysmannın sözlərinə görə, Artemis Volkswagen qrupunun bütün zəruri mənbələrindən faydalanacaq və eyni zamanda, bütün qrup üçün "yeni avtomobillərin çevik yaradılması" nümunəsi olacaqdır. Beləliklə, yeni strategiya praktikada bu formada həyata keçiriləcəkdir. Plana görə, Audi şirkəti konsern üçün aparıcı tədqiqat və inkişaf mərkəzi rolunda möhkəmlənməlidir. Duysmann eyni zamanda Volkswagen qrupunun tədqiqat və inkişaf istiqamətinin rəhbəri vəzifəsini tutması simptomatikdir.