Maserati Alfieri Coupe konseptinin seriya variantının istehsalının 2018-ci ilə keçirildiyi barədə dərc etdiyimiz məlumatla bir çoxlarınız tamışsınız. Modelin konveyer həyatına başlaması tarixi yaxınlaşdıqca Maserati aşiqlərinin həyəcanı yüksəlməyə başlayır. Bu günlərdə bu möhtəşəm kupe barədə daha bir xəbər almışıq. İtalyan istehsalçısı Alfieri modelinin buraxılacağı yeni yüngül platforma üzərində işləri sürətləndirmişdir. Maserati şirkətinin mühəndisi Davide Danesinin birdirdiyinə görə, Maserati Alfieri modeli Ghibli, Levante və Quattroporte modellərinə nisbətən «daha idman xarakterli arxitekturada» yaradılacaqdır.
Bununla belə, yeni arxitektura Ghibli modelinin istehsalı üçün istifadə edilən platforma ilə «müəyyən ümumi əsası» bölüşəcəkdir. İtalyan mühəndisin bildirdiyinə görə, sportkarın konstruksiyasında alüminiumdan geniş istifadə olunacaqdır ki, bu da avtomobilin çəkisinin azalmasına xidmət edəcəkdir.
Əvvəllər Maserati şirkətindən bildirildiyi kimi, Alfieri modeli 410, 450 və 520 at qüvvəsinə malik olan V6 mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan əlavə, kupenin tam ötürməli çəkiş sistemi ilə də təchiz ediləcəyi nəzərdə tutulurdu. Lakin, Danesin bunun hal-hazırda münkün olmayacağını bildirmişdir. Gözlənilənlərdən biri də, Maserati Alfieri modelinin gücü 500 at qüvvəsinin üstündə olacaq yüksək məhsuldarlıqlı V8 mühərriki ilə təchiz ediləcəyi də istisna edilmir.
Görünən odur ki, gələn il biz Maserati GranTurismo modelinin debütünü müşahidə edəcəyik. Alfieri modelinin seriya variantının nümayişi isə bir il sonra - 2018-ci ildə baş tutmalıdır.