Maserati şirkəti yenilənmiş Ghibli sedanı haqqında ilk məlumatı dərc edib. Modelin kütləvi təqdimat mərasimi Çenduda (Çin) keçiriləcək avtosalonda baç tutacaqdır.
Avtomobil cüzi olaraq zahiri cəhətdən dəyişikliyə məruz qalıb və yeni avadanlıqlarla təchiz edilib. Bununla birlikdə, italyan markası sedan üçün təklif edilən opsiyalar dəstini iki tərtibat xəttinə ayırıb. Artıq əlçatan sedan GranLusso (şəkildəki) və GranSport variantlarında təklif ediləcəkdir. Eyni adlandırmadan Quattroporte modeli üçün də istifadə olunur.
Əvvəllər sedanın lyuks və idman variantları üçün avadanlıqlar opsional Luxury və Sport təkmilləşdirmələr dəstləri şəklində təklif edilirdi.
Yenilənmədən sonra GranLusso modeli əvvəlkindən başqa radiator barmaqlığı və öndəki hava girişləri, həmçinin başqa arxa bamper və dəyişdirilmiş optika ilə fərqlənir. Əlavə olaraq, kuzovuna modifikasiyanın adı həkk edilmiş emblemlər də vurulub.
Sedan həmçinin avtopilot funksiyasına malik olan təhlükəsizlik və yardım sistemləri kompleksi ilə təchiz edilib. Yeniliklər barədə ətraflı məlumat verilməyib. GranSport modifikasiyası isə karbondan elementləri olan daha aqressiv kuzov dəstinə, qırmızı supportlara və idman xarakterli interyerə sahib olub.